Azedu.az

Rusiyada bütün məktəblilər imtahansız attestat alacaq

11 İyun 2020, 15:08
Rusiyada bütün məktəblilər imtahansız attestat alacaq

Rusiyada 9 və 11-ci sinifdə oxuyan bütün şagirdlər 2020-ci ildə imtahan vermədən attestat alacaqlar.

 

AzEdu.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə RF Baş naziri Mixail Mişustinin imzaladığı fərmanda deyilir.

 

Yekun attestasiya üçün ənənəvi prosedur qaydaları pandemiya səbəbindən dəyişdirilib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, orta ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirmək istəyən məzunlar attestatın nəticələrinə əsasən qəbul olunacaqlar.

 

Ali təhsil almaq istəyənlər isə Vahid Dövlət İmtahanı verməlidirlər.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox