Azedu.az

Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbələr

10 İyun 2020, 12:52
Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb

2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu gün saat 12:15-ə olan məlumata görə, 915 nəfər (Azərbaycan bölməsi - 841; rus bölməsi – 74) ərizəsini təsdiqlədib.

 

Qeyd edək ki, bakalavrlar iyunun 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.

 

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq. Ərizə təsdiqləndikdən sonra onda heç bir dəyişiklik etmək mümkün deyil.

 

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox