ABŞ-ın Harvard universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələrindən hesab edilir. Bu universitet təhsilə önəm verən bir çox insanlar, o cümlədən azərbaycanlılar üçün də xüsusi mövqeyə sahibdir.
Son illərə nəzər salsaq, xaricdə, xüsusi ilə də nüfuzlu təhsil ocaqlarında təhsil alan azərbaycanlıların sayı az deyil. Onlardan biri də Harvard universitetinin azərbaycanlı tələbələri, bacı-qardaş Səma və İbrahim Məmmədovlardır. Onların ailəsi 2010-cu ildə New York-a köçüb.
AzEdu.az bu tələbələr haqqında müsahibəni təqdim edir: