Azedu.az

Uşaqların təhsilə çıxışında bərabərlik istiqamətində qanunvericilik təkmilləşdiriləcək

4 İyun 2020, 11:00
Uşaqların təhsilə çıxışında bərabərlik istiqamətində qanunvericilik təkmilləşdiriləcək

Uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində qanunvericilik təkmilləşdiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.

 

Xatırladaq ki, Strategiyanın əsas məqsədi Azərbaycan Respublikasında uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, Azərbaycan Respublikasının ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox