Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Valeh Baxşəli ABŞ-ın İRED (Institute of Research Engineers and Doctors) elmi-tədqiqat institutunun təşkil etdiyi beynəlxalq onlayn konfransda iştirak edib.
AzEdu.az xəbər verir ki,“International e - conference on engineering technology and managment - ICETM 2020” adlı konfransda Valeh Baxşəli “Nanomechanics and its applications: mechanical properties of materials” (Nanomexanika və onun tətbiq sahələri – materialların mexaniki xassələrinin tapılması) mövzusunda məruzə edib. Onun çıxışı beynəlxalq konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzənin tam mətninin müxtəlif nüfuzlu beynəlxalq elmi jurnallarda çap olunması nəzərdə tutulub.