“Subbakalavrlar yalnız öz ixtisaslarına uyğun ali təhsil ala bilərlər”.
AzEdu.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"Subbakalavrların ali təhsil müəssisələrinə sənəd verməyi xüsusi qaydalarla tənzimlənir. Onlar uyğun ixtisaslar üzrə ali təhsil ala bilərlər. Yəni kollecdə pedaqoji ixtisas üzrə oxuyan subbakalavr iqtisadiyyat üzrə ali təhsil ala bilməz. Bu qaydalar keçən il Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bu il də heç bir dəyişiklik gözlənilmir".
Qeyd edək ki, subbakalavrların ərizə qəbulu bu gündən başlayacaq.