“Elə kənd məktəbləri var ki, modul tiplidir. Onlarında cəmi 5-10 məzunu olur. Az məzunu olan təhsil müəssisələrində imtahan keçirə bilmirik. Ona görə də daha təmirli və böyük tutumu olan məktəb seçmişik ki, digər ətraf ərazilərdə olan abituriyentlər də gələ bilsinlər”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, hər bir abituriyent şəxsi kabinetinə daxil olaraq və ya oxuduğu məktəbdən hansı binada imtahan verəcəyini öyrənə bilər.