Britaniyada qeyri-ərzaq dükanları iyun ayının 15-dən fəaliyyətlərini bərpa edə bilər.
AzEdu.az xəbər verir ki, bu barədə ölkənin Baş nNairi Boris Conson brifinqdə deyib.
Qeyri-ərzaq dükanlarının açılışı 23 martda koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin yumşaldılmasının ikinci mərhələsində nəzərdə tutulub.
Baş nazir, həmçinin 1 iyun tarixindən ibtidai məktəblərin hazırlıq, birinci və son (altıncı) siniflərindən olan uşaqların təhsilə qayıdacaqlarını təsdiqləyib.