Azedu.az

Kolleclərə qəbul olmaq üçün 45 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

Kolleclər

Dövlət İmtahan Mərkəzi (DİM)

25 May 2020, 16:17
Kolleclərə qəbul olmaq üçün 45 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

 

 AzEdu.az  xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 15:40-a olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 44 min 315 abituriyent elektron ərizəsini təsdiqlədib.

 

Xatırladaq ki, ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox