Azedu.az

DİM-in böyük miqyaslı imtahanların keçirilməsi ilə bağlı təcrübəsi paylaşılıb

Dövlət İmtahan Mərkəzi (DİM)

23 May 2020, 11:54
DİM-in böyük miqyaslı imtahanların keçirilməsi ilə bağlı təcrübəsi paylaşılıb

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın rəsmi internet səhifəsində Dövlət İmtahan Mərkəzinin (DİM) pandemiya dövründə imtahanlara hazırlığı işıqlandırılıb.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, mərkəzin beynəlxalq tərəfdaşlarından biri olan Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya rəsmi səhifəsində dünyanın əksər ölkələrində müşahidə olunan pandemiya səbəbindən böyük miqyaslı imtahanların keçirilməsi ilə bağlı çətinliklərlə üzləşən qiymətləndirmə qurumlarının bu sahədə həyata keçirdikləri təcrübələrini təqdim edir.

 

İmtahanların təşkili ilə bağlı təcrübəsi paylaşılan qiymətləndirmə qurumları arasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi də yer alıb.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox