Distant təhsilə keçidi təmin etmək üçün ölkədə ən iri onlayn platformaya çevrilən “Virtual məktəb” yaradıldı. Həmçinin martın 11-dən 2 televiziya kanalında həftədə 5 dəfə olmaqla bütün siniflər üçün 10 fənni əhatə edən tele-dərslər yayımlanır. Nəticədə ölkədə tədris prosesi davam etdirilir. Bu proseslərə bölgələr də aktiv qoşulub. Tovuz rayonunun Düzqırıqlı kəndinin şagirdlərinin onlayn dərslərə necə qoşulduğunu müşahidə etdik. Ətraflı videomaterialda...