AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Zərif üzvi sintez” ETL-nın aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan kimya üzrə fəlsəfə doktoru Ataş V. Qurbanov 22 may 2020-ci il saat 15:00-da BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçəcəkdir.
Virtual mühazirədə iştirak etmək istəyən şəxslərin 21 may 2020-ci il saat 17:00-dək [email protected] ünvanına müraciət etməsi xahiş olunur.