Məktəbdə müvəffəqiyyət qazanmağa təsir edən amillər müəllimdən valideyinə, təhsil mühitindən şagirdə qədər bir çox başlıq altında araşdırıla bilər. Şagirdlərin təhsildə uğur qazanması, çalışqan olmasında özləri ilə yanaşı valideyin və müəllimlərin rolu böyük əhəmiyyət kəsb edir.
Bu səbəblə şagirdlərin məktəb mühitində və dərslərdə uğur qazanmaları üçün bir neçə tövsiyyəmiz var:
1.Dərsi dərsdə başa düşməyin əhəmiyyəti hər zaman xatırladılır, ancaq şagird də bunun nə üçün vacib olduğunu yaxşı anlamalıdır. Şagirdə bunu izah etməkdə fayda var:
Dərs zamanı dərsə tam diqqət yetirsəniz və həmin an mövzunu başa düşsəniz, imtahan vaxtı gələndə yığılmış mövzuları yenidən öyrənmək məcburiyyətində qalmayacaqsız. Bildikləri yeniləmək üçün bir dəfə oxumaq , belə desək təkrar etmək kifayətdir.
Eyni zamanda dərsə ayırmaq istəmədiyin 30-40 dəqiqə, sonradan mövzunu başa düşmək üçün bir neçə saat ayırmağına səbəb ola bilər. Beləliklə, dərsi dərsdə başa düşmək ən zəhmətsiz və ən təsirli metoddur. Çox oxumağı sevmirsinizsə, ən yaxşısı, diqqətinizi müəllimin dərs zamanı söylədiklərinə cəmləşdirməkdir. Məktəbdə uğur qazanmağın qızıl qaydaları arasında motivlər və hədəflər var, lakin, əlbəttə ki, bununla məhdudlaşmır.
İstər dərsdə, istərsə də evdə valideynləri ilə birlikdə dərs oxuyarkən, uşaq tərəddüd etmədən nəyi başa düşmədiyini soruşa bilməlidir. Uşaqlara sual verməyin heyranedici bir davranış olduğunu hiss etdirin.
3.Dərs zamanı daim bir-biri ilə danışaraq diqqətləri yayınan yaxın dost olan şagirdlərin yanaşı oturmadığından əmin olun. Əgər bununla bağlı məsuliyyət sizdədirsə (siz müəllimsinizsə), nə üçün etdiyinizi bilməməlidirlər. Şagirdi dərs zamanı diqqətini yayındırmayacaq bir yoldaşı ilə yanaşı əyləşdirərkən onlara “sizin yaxşı ünsiyyət quracağınızı düşündüyüm üçün yanaşı oturmağınızı istəyirəm” deyərək bu şəkildə motivə edin.
Zəka oyunları uşaqların düşünmə bacarıqlarını inkişaf etdirmək və dərslərdə uğurlarını artırmaq üçün tövsiyə olunur. Bu oyunları mütəmadi olaraq oynayın.