Mayın 15-də “Dərs vaxtı” verilişində Azərbaycan və rus bölmələri üçün tədris proqramına uyğun dərslər keçirilib.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişində Azərbaycan bölməsi üzrə I, II, III, IV, X və XI siniflər, rus bölməsi üzrə isə IV, VIII və IX siniflər üçün dərslər təqdim edilib.