Azedu.az

Məktəblilər onlayn dərslər üçün qülləyə çıxırlar - VİDEO

14 May 2020, 17:48
Məktəblilər onlayn dərslər üçün qülləyə çıxırlar - VİDEO

Rusiyada məktəblilər ev tapşırıqlarını yollamaq üçün mobil rabitə qülləsinə çıxırlar.

 

AzEdu.az xəbər verir ki, kadrlar Perm diyarının Novopetrovka kəndində qeydə alınıb.

 

Sakinlərin sözlərinə görə, kənddə internetin keyfiyyəti o qədər bərbaddır ki, tapşırıqların yüklənməsi üçün bir neçə saat lazım olur, elə bir o qədər vaxt tapşırıqları yollamağa gedir. 

 

Bununla bağlı kadrlar yayımlandıqdan sonra yerli hökumət nümayəndələri şagirdlərlə informasiya mübadiləsinin ancaq kağız daşıyıcılar üzərində aparılması barədə qərar verib.

 

Pedaqoqlar həftədə iki dəfə kəndə gələcək və tapşırıqları yeniləri ilə əvəz edəcək. (oxu.az)

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox