AzEdu.az MİQ müsabiqəsinə hazırlaşanlara kömək məqsədi ilə kurikulum üzrə qəbul tipli sual nümunələrini təqdim edir.
Sualları kurikulum təlimçisi Mahir Əhədov tərtib edib.
Müəllim Ayselin bugünki coğrafiya dərsində çox fəal olduğunu görərək ona digər şagirdlərdən fərqli olaraq keçirilən mövzuya uyğun, amma daha çətin ev tapşırıqları verir. Bu müasir təlimin hansı prinsipinin gözlənilməsidir?
Samir müəllim tarix dərsində Xocalı soyqırımı haqqında şagirdlərə olmuş bir hadisəni danışır. Müəllim həmin dövrün hadisələrini xüsusi hiss və həyəcanla ifadə edir, bu isə şagirdlərin gözlərini yaşardır. Müəllimin pedaqoji bacarığını müəyyən edin.
İnformatikadan bugünki mövzu “Kompüterin texniki hissələri ilə tanışlıq”dır. Müəllim dərsi informatika kabinetində keçməkdənsə, elə sinifdəcə həmin hissələrin şəkillərini göstərərək tapşırıqlarını verir. Pozulan prinsip hansıdır?
Ceyhun müəllim MİQ müsabiqəsində 58 bal toplayaraq yeni pedaqoji fəaliyyətə başlayıb. Amma Ceyhun müəllimin dərsi şagirdlərə çətin gəlir müəllimin hansı bacarığının zəifliyindən irəli gəlir?
Zəhra anadangəlmə lal və kardır. O müəlliminin müxtəlif əl-qol və jestik-mimik hərəkətlərindən nə demək istədiyini anlayır. Bu zaman Zəhra hansı biliyə yiyələnmiş olur?
Fikrət layihəsini lövhədə təqdim edib bitirdikdən sonra müəllim Günay adlı şagirddən Fikrətin etdiyi təqdimatla bağlı fikirlərini söyləməsini istəyir. Bu zaman Günay hansı bacarığından istifadə etmiş olacaq?
Kimya dərsinin təlim məqsədləri labarotor şəraitində müxtəlif reaksiyaları aparmaq bacarığına yiyələnməkdir. Amma müəllim buna bacarıqları şifahi formada formalaşdırmağa çalışır. Pozulmuş prinsip hansıdır?
Müəllim dərsin ortasında görür ki, qruplardakı şagirdlərin biliyi səviyyə baxımdan balanslı deyil. Bunu müəllim qrupların tapşırıqları yerinə yetirməsi zamanı hiss edir. Bu müəllimin hansı qabiliyyətinin zəifliyindən irəli gəlir?
Müəllim “Cəmiyyət” bölməsi üzrə yekun qiymətləndirmə vasitələrini hazırlayarkən şagirdlərin bu bölmənin mövzularında zəif nəticə göstərdiklərinə görə sualların 50 faizini asan, 50 faiz isə orta səviyyədə tərtib edir. Pozulmuş prinsip?