Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 300 nömrəli orta məktəb üçün 960 şagird yerlik korpuslar tikiləcək.
AzEdu.az xəbər verir ki, bu, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 may tarixli Sərəncamında öz əksini tapıb.
Sərəncama əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrılıb. Bu vəsaitdən 333 min manat Biləcəri qəsəbəsindəki 300 nömrəli orta məktəbə korpusların tikintisi üçün nəzərdə tutulur.