Çində koronavirus (COVID - 19) infeksiyasına görə bağlanan orta təhsil müəssisələrində və uşaq bağçalarında tədris iyun ayından başlayaraq tədricən başlayacaq.
AzEdu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pekinin təhsil komitəsinin rəsmisi Li İ deyib.
Belə ki, iyunun 6-dan etibarən, epidemioloji vəziyyət nəzərə alınaraq, abituriyentlər istəsələr təhsillərini davam etdirə bilərlər.
İyunun 1-dən ibtidai və orta sinif şagirdlərinin bəziləri üçün, digərləri üçün isə 8 iyun tarixlərində dərslər başlayacaq.
Bundan əlavə, 8 iyun tarixindən etibarən uşaq bağçaları tədricən açılmağa başlayacaq. Valideynlər övladlarını dərsə göndərib-göndərməməyi ilə bağlı özləri qərar verəcəklər.
Xatırladaq ki, Çindəki qış tətilindən sonra tədrislər fevralın 16-da başlamalı idi. Lakin COVID-19 epidemiyası səbəbindən bütün təhsil müəssisələrində dərslər dayandırılmışdı.