Azedu.az

Xətai rayonundakı 263 nömrəli orta məktəbdə yeni korpuslar tikiləcək

13 May 2020, 10:58
Xətai rayonundakı 263 nömrəli orta məktəbdə yeni korpuslar tikiləcək

Xətai rayonundakı 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusu bərpa olunacaq.

 

 AzEdu.az  xəbər verir ki, bu, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında öz əksini tapıb.

 

Sərəncama əsasən, həmçinin məktəbin ikimərtəbəli korpusu, birmərtəbəli keçidləri söküləcək və yeni korpuslar (idman və akt zalı ilə) tikiləcək.

 

Xatırladaq ki, Prezidentin 2020-ci il 5 may tarixli Sərəncamına əsasən Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrılıb. Bu vəsaitin 1 milyon 5 yüz min manatı 263 nömrəli orta məktəbdə tikinti işləri üçün nəzərdə tutulur.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox