Azedu.az

Sağlamlıq imkanları məhdud uşaqlardan maraqlı videoçarx  

12 May 2020, 15:50
Sağlamlıq imkanları məhdud uşaqlardan maraqlı videoçarx  

Bakı şəhəri 268 nömrəli xüsusi məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilən maraqlı videoçarx hazırlayıblar.

 

 AzEdu.az  xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, videoçarxda mövcud tibbi-profilaktik vəziyyətlə əlaqədar tədris prosesini evdə onlayn davam etdirən sağlamlıq imkanları məhdud uşaqlar çıxış edirlər.

 

Şagirdlər videoçarxı Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azərbaycan bayrağı və bayrağın müqəddəsliyi haqqında fikirlərinə əsaslanaraq hazırlayıblar.

 

Xatırladaq ki, videoçarxın hazırlanmasının əsas məqsədi məktəblilərə Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsini aşılamaq, onları milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərin evdə vaxtlarını faydalı məşğuliyyətlərə sərf etmələrinə nail olmaqdan ibarətdir.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox