Azedu.az

Məktəblərdə tənəffüs zəngləri çalınmayacaq?-YENİ QAYDALAR

12 May 2020, 13:37
Məktəblərdə tənəffüs zəngləri çalınmayacaq?-YENİ QAYDALAR

 Koronavirusun təsiri ilə dünya ölkələrində məktəblərin nə zaman açılacağı müəmma olsa da, bəzi yerlərdə isə ənənəvi dərs sisteminə keçid edilib.

 

Açılan məktəblərdə hansı qaydalar tətbiq olunur?  

 

AzEdu.az xəbər verir ki, Danimarkada məktəblər 2 həftədir açılıb. Çin və Taylanddakı isə məktəblər  açılışa hazırlanır. Lakin belə bir gerçəklik də var ki məktəblər fəaliyyətə başlasa da, əvvəlki qaydalar dəyişdirilərək tətbiq olunacaq. Məsələn, açılan məktəblərdə tənəffüs zəngi çalınmır, çünki şagirdlər zəng çalındığı anda birlikdə toplaşmağa vərdiş ediblər. Bu səbəbdən zənglər bir müddətlik səssiz rejimə keçid edib. Yemək fasiləsi növbəylə həyata keçirilir.

 

“Yeni qaydalara görə eyni müəllim yalnız bir sinifdə dərs keçə bilər”

 

 Siniflər daha balaca və 2 hissəyə bölünmüş formada hazırlanıb. Şagirdlər tək-tək özləri üçün ayrılmış masalarda əyləşirlər. Bununla onların bir-birinə yaxınlaşma və virus ötürmə riski azalır.  Valideynlər övladlarını məktəbə gətirdikdə qapıdan yola salmaq məcburiyyətindədirlər. Onların sinif otaqlarına daxil olması qadağandır. Uşaqlar məktəbə daxil olmazdan öncə əllərini yuyur və eyni işi dərs bitdikdən sonra da edirlər. Dərs müddətində 6-8 dəfə əllərini yuyurlar. Rəsm, rəsmxətt , fiziki tərbiyə və əmək dərslərində istifadə olunan əşyaları bir-birinə vermək qadağan olunub. Eyni zamanda bu cür əşyalardan istifadə minimuma endirilib.

 

Dərs başlamadan öncə hər kəsin temperaturu ölçülür. Əgər dərs müddətində şagird xəstələnirsə, onların izolasiya olunması üçün məktəb daxilində məkanlar təşkil olunub.

 

Məktəbdəki dərslər 14:00-da bitir. Bu insanların məktəbdəki sərt qaydalardan bezməmələri üçün düşünülüb.  Şagirdlər kitabxanadan hər zamankı kimi yararlana bilmirlər. Bir şagirdin istifadə etdiyi kitab qutuya qoyulur və yalnız 1 həftə sonra başqasına verilir.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox