Çində koronovirusla mübarizə məqsədilə şagirdlərə hərarət ölçən bilərziklər paylanılıb.
AzEdu.az xəbər verir ki, hazırda 5 orta məktəbdə test mərhələsində olan yenilik vasitəsilə məktəb rəhbərliyi və ailələr şagirdlərin bədən hərarətini görə biləcəklər. Şagirdin hərarəti 37.2 dərəcəni keçdikdə isə bilərzik müəllimi çağıraraq polisə məlumat verilməsini təmin edəcək.
Müəllimlər və məktəb rəhbərliyi bilərziyin yalnız dərsdə deyil, evdə də, 24 saat taxılmasını tövsiyə edirlər.
Qeyd edək ki, Çin məktəbləri bir neçə həftədir, xüsusi qaydalara əməl etmək şərti ilə fəaliyyətə başlayıb. Şagirdlər mütləq şəkildə maska taxmalı, sosial məsafəni qorumalı, məktəbə gələrkən girişdə hərarətləri ölçülməlidir.
Guangdong əyalətində isə məktəblər başlanandan sonra 167 min şagird və 30 min müəllimin hər birinə koronovirus testi edilməsi barədə tapşırıq verilib.