Azedu.az

Nazir: \"Qiyabi təhsillə bağlı ciddi problem olacağını gözləmirik\"

7 May 2020, 19:29
Nazir: \

"Qiyabi təhsillə bağlı hər hansı ciddi problem olacağını gözləmirik".

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Çünki əyani təhsilalma formasından fərqli olaraq, qiyabi təhsilalma formasında tələbələrin daha az müddətdə olması və müstəqil işi özündə ehtiva edirdi: “Hesab edirik ki, mövcud vəziyyətdə qiyabi təhsilalma formasında tədrisin təşkili və məzmunun tələbələrə çatdırılması və imtahanların təşkil edilməsi əyani təhsilalanlardan daha sadə şəkildədir. Bu səbəbdən ciddi problemlərin olması gözlənilmir”, - o qeyd edib.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox