“Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci mərhələsində 300, 2-ci mərhələdə maksimum 400 bal toplamaq lazımdır. Qəbul imtahanı iyulun 20-dən sonra keçiriləcək. Bundan əvvəl isə buraxılış imtahanları keçiriləcək”
AzEdu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifiqində DİM-in sədri Məleykə Abbaszadə qəbul imtahanlarının keçirilmə tarixləri haqqında danışarkən deyib.
Məleykə Abbaszadə həmçinin, onu da bildirib ki, imtahana salınmayacaq mövzular DİM-in saytında pdf formasında yerləşdirləcək.