Azedu.az

DİM-ə imtahanlarla bağlı  ən çox ünvanlanan suallar - CAVABLARI

Dövlət İmtahan Mərkəzi (DİM)

7 May 2020, 16:14
DİM-ə imtahanlarla bağlı  ən çox ünvanlanan suallar - CAVABLARI

AzEDu.az Dövlət İmtahan Mərkəzinə ünvanlanan və tez-tez soruşulan sualları cavabları ilə birgə təqdim edir:

 

1.3-cü ixtisas qrupu üzrə seçim zamanı istədiyi ixtisasa qəbul ola bilməyən abituriyent tibb kolleclərinin müsabiqəsində iştirak edə bilər?

 

-DİM: Bəli, buraxılış imtahanının nəticələri müsabiqə şərtini ödəyərsə, kolleclərin müsabiqəsində iştirak edə bilər.

 

2.Şifrəmi unutmuşam, necə bərpa edə bilərəm bu karantin günlərdində?

 

DİM:Şəxsiyyət vəsiqənizin surətini əlavə etməklə müraciətinizi [email protected] elektron ünvanına göndərin.

 

3.May ayında keçirilən dövlət qulluğu müsahibələri təxirə salınıb ?

 

 DİM:Bəli.

4.Rezidentura imtahanı keçirilməsi nəzərdə tutulur?

 

DİM: Bəli, nəzərdə tutulur.

  1. 11-ci sinif qəbul və buraxılış imtahanları ilə bağlı hansı tədbirlər görüləcək?

 

DİM: Növbəti həftə ərzində ictimaiyyətə ətraflı məlumat veriləcək.

  1. Subbakalavrlar üçün qeydiyyat olacaq bu il?

 

DİM: Bəli. Qeydiyyat tarixləri müəyyən olunan kimi məlumat veriləcək.

  1. Məktəbdə keçirilməyən dərslərdən sual düşəcək imtahana?

 

DİM: Hansı mövzular tədris olunmayacaqsa, həmin mövzulardan imtahan sualları tərtib olunmayacaq.

 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox