Azedu.az

Uhanda təhsil müəssisələrinin fəaliyyəti bərpa edildi

Məktəblər

Maraqlı

6 May 2020, 16:37
Uhanda təhsil müəssisələrinin fəaliyyəti bərpa edildi

Pandemiyanın ocağı olmuş Çinin Uhan şəhərində təhsil ocaqları fəaliyyətə başlayıb.

 

AzEdu.az xəbər verir ki, dərslər sosial məsafə qaydalarına əsasən tənzimlənəcək.

 

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində şagird və tələbələrin dərsə maska ilə gəlmələri tələb edilir. Bundan başqa, təhsil ocaqlarının girişində öyrəncilərin hərarəti də ölçüləcək.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 259 mindən çoxu isə ölüb. (report.az)

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox