Müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir.
AzEdu.az direktorların işə qəbulu müsabiqəsində iştirak etmək istəyənlər üçün müsahibə mərhələsində ən çox verilən sualların cavablarını təqdim edir:
1.Dövlət ümumtəhsil məktəbləri, litseyləri və gimnaziyalarında mühasib statı olması üçün neçə sinf-komplekti olmalıdır?
CAVAB: 20-22 sinif-komplekti
2.Xüsusi təhsil siniflərində şagirdlərin orta sıxlığı nə qədər olmalıdır?
CAVAB: orta sıxlıq 8-10 nəfər götürülür
3.Ümumi təhsilin səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə verilən arayışda nə yazılır?
CAVAB:Arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır
4.Şəhadətnamənin, attestatın və ya onların dublikatlarının məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, məsələ necə həll edilir?
CAVAB:sənədlər məzunun qanuni nümayəndəsinə (qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədlər əsasında) və ya məzunun adından çıxış edən digər şəxsə (müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında) verilir.
5.İbtidai, əsas, orta məktəblərdə və internat məktəblərdə bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılması həvalə olunan müəllimə hansı halda bir müəllim stavkasının 70 faizi miqdarında əlavə haqq ödənilir?
CAVAB:siniflərin sayı 30 və daha çox olduqda
6.İnternat məktəbinin direktoru seçildikdən sonra özünü dogrultmadıqda məktəbin hansı qurumu tərəfindən geri çağırıla bilər?
CAVAB:özünü doğrultmayan direktor vaxtından əvvəl internat məktəbinin ümumi yığıncağı (konfransı) tərəfindən geri çağırıla bilər