Azedu.az

Bakıda məktəblərin tikintisi və təmirinə 20 milyon manat ayrıldı - SƏRƏNCAM

Məktəblər

5 May 2020, 13:35
Bakıda məktəblərin tikintisi və təmirinə 20 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

AzEdu.az məlumatına görə, sərəncama əsasən Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılır.

 

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox