Azedu.az

Bakı məktəblilərinin əl işlərindən ibarət virtual sərgi davam edir

Məktəblər

5 May 2020, 13:22
Bakı məktəblilərinin əl işlərindən ibarət virtual sərgi davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş paytaxt məktəblilərinin əl işlərindən ibarət virtual sərgi davam edir.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, sərginin məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, məktəblilərə Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, onların bədii-estetik zövqünü və yaradıcı düşüncəsini inkişaf etdirməkdir.

Hər il Ulu Öndərin anadan olmasının ildönümü ərəfəsində BŞTİ tərəfindən təşkil edilən ənənəvi sərginin bu il mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, virtual keçirilməsi qərara alınıb.

BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəbləri şagirdlərinin və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işləri idarənin rəsmi internet saytı və sosial şəbəkə səhifələri vasitəsilə sərgilənir. Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi-texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunur.

Virtual sərginin mayın 10-dək davam etdirilməsi nəzərdə tutulur.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox