Azedu.az

Şəki müəllimləri şagirdlərin evlərinə getdilər - FOTO

Məktəblər

5 May 2020, 11:21
Şəki müəllimləri şagirdlərin evlərinə getdilər - FOTO

 

 Şəki rayonu Qoxmuq kənd tam orta məktəbinin müəllimləri xüsusi karantin rejimi bitən kimi şagirdlərin evlərinə gediblər.

 

Görüşün əsas məqsədi internetə çıxışı olmayan uşaqlarla yaxından maraqlanmaq, həmisə olduğu kimi şagirdlərin yanında olduqlarını ifadə etmək, onların dərslərə daha  həvəslə yamaşmasına təkan verməkdən ibarətdir.

 

 Müəllimlər virtual dərslərdə iştirak edə bilməyən şagirdlərə əlavə tədris vəsaitləri verib və şagirdlərin anlamağa çətinlik çəkdikləri mövzuları onlara izah ediblər. Həmçinin Təhsil Nazirliyinin təşkilatçılığı ilə telekanallar vasitəsilə  yayımlanan “Dərs vaxtı” verilişini müntəzəm olaraq izləməyi tapşırıblar.

 

Müəllimlərin şagirdlərə qarşı belə həssas münasibəti şagird və valideynlər tərəfindən məmnunluqla qarşılayıb, valideynlər övladlarının dərslərinə daha ciddi nəzarət edəcəklərini bildiriblər.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox