Ukrayna məktəblərində tədris ili distant rejimdə başa çatacaq, dərslər mayın 31-dək davam edəcək. AzEdu.az “RİA Novosti”tə istinadən bildir ki, bu barədə Ukrayna Təhsil Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qeyd edilir ki, məktəblərdə distant rejimdə dərslər mayın 31-dək davam edəcək, iyulun 1-dək tədris ili yekunlaşmalı, iyunun 15-dək isə məktəblər bütün sənədlərin rəsmiləşdirilməsini başa çatdırmalıdır.
4-cü və 9-cu sinif şagirdləri üçün yekun attestasiyaya gəldikdə isə, bu il o ləğv edilib.
Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti koronavirus səbəbindən ölkədə tətbiq olunan karantin rejiminin müddətini 22 mayadək uzadıb, lakin mayın 11-dən bir sıra məhdudlaşdırıcı tədbirlər aradan qaldırılacaq. Ukrayna Səhiyyə Nazirliyinin ən son məlumatlarına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 12 331 nəfər təşkil edir, onlardan 303-ü vəfat edib, 1 619-u sağalıb.