Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə keçirilən sertifikatlaşdırmanın müsahibə mərhələsində maksimum 40 (qırx) balla qiymətləndirilirlər.
AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.
Qərarda qeyd olunur ki, müsahibə mərhələsində qiymətləndirmə meyarına əsasən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı yoxlanılır. Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında qiymətləndirilir.
Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 baldan azı 20 bal toplayan təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab edilirlər.