Azedu.az

Təhsil müəssisələrində ilk dəfə işə qəbul olunanlar sertifikatlaşdırmadan keçməyəcəklər

Məktəblər

2 May 2020, 12:42
Təhsil müəssisələrində ilk dəfə işə qəbul olunanlar sertifikatlaşdırmadan keçməyəcəklər

Təhsil müəssisələrində ilk dəfə işə qəbul olunanlar 5 (beş) il müddətində peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə sertifikatlaşdırmadan keçməyəcəklər.

AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.

Qərarda, həmçinin qeyd olunur ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər də sertifikatlaşdırmadan keçməyəcəklər.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox