Azedu.az

 Şagirdlərin növbəti sinfə keçirilməsinə qərar verildi - Türkiyədə

Məktəblər

29 Aprel 2020, 13:50
 Şagirdlərin növbəti sinfə keçirilməsinə qərar verildi - Türkiyədə

Türkiyə hakimiyyəti pandemiya ilə əlaqədar məktəblərdə məsafədən tədrisin müddətini mayın 31-dək uzadıb.

AzEdu.az  “CNN Turk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Ziya Səlcuk məlumat verib.

“Pandemiya ilə əlaqədar məsafədən tədrisin müddəti mayın 31-dək uzadılıb. Şagirdlərin hamısı növbəti sinfə keçiriləcək”, - o vurğulayıb.

Qeyd edək ki, pandemiya müddətində Türkiyədə martın 16-dan 23-dək məktəblərdə tətil olmuşdu. Bir müddət sonra məsafədən tədrisin müddəti aprelin 30-dək uzadıldı.

Xatırladaq ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 992 nəfərə, infeksiya daşıyıcılarının sayı isə 114 653-ə yüksəlib.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox