Azedu.az

Məktəblər mayın 31-dək bağlı qalacaq -Türkiyədə 

Məktəblər

29 Aprel 2020, 17:33
Məktəblər mayın 31-dək bağlı qalacaq -Türkiyədə 

Türkiyədə təhsil müəssisələrinin bu il mayın 31-dək bağlı qalmasına qərar verilib.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Təhsil Naziri Ziya Səlcuq mətbuat konfransında  bildirib.

Nazir deyib ki, bu müddətdə onlayn təhsilə davam ediləcək. O, bu dərs ilinin itirilmiş hesab olunmayacağını bildirib: “Şagird və tələbələr növbəti tədris ilində təhsillərini yeni sinif və kurslarda davam etdirəcəklər”.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar mart ayında təhsil müəssisələrində tətil elan edilib.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox