Azedu.az

Bunları  etsəniz MİQ-dən kənarlaşdırılacaqsınız-SƏNƏD

29 Aprel 2020, 17:11
Bunları  etsəniz MİQ-dən kənarlaşdırılacaqsınız-SƏNƏD

 

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətlənirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. İkinci mərhələdə (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramlarına, tədris metodikası və təlim strategiyalarına uyğun suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı Nazirlik tərəfindən müəyyən edilir. Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanlarının nəticələrinə görə eçid balını toplayan namizədlər vakant yerləri seirlər. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyi bal toplayan namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılır və müvafiq qərar qəbul edilir. Müsabiqənin dördüncü mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlər müsahibəyə çağırılır. Müsahibəyə çağırılan namizədlərə təsadüfi seçim əsasında ixtisası üzrə mövzu təqdim edilir.

 

 

AzEdu.az rəsmi sənədlərə əsasən xəbər verir ki, hər hansı səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.

 

Qaydaların pozulmasına görə məsuliyyət

 

Müəllimlərin işəqəbulu və yerdəyişməsi ilə əlaqədar bu qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsahibə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

 

Müəllimlərin iş yerinin dəyişdirilməsi, müəllimlərin işə qəbulu üzrə müsabiqə və tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli müavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər elektron ərizədə doldurulmuş məlumatların, təqim edilmiş sənədlərin doğruluğuna görə məsuliyyət daşıyırlar. Hər hansı mərhələdə təqdim edilmiş məlumatların yalnış və ya saxta olduğu aşkarlanarsa, bu zaman namizədin nəticəsi ləğv olunur.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox