Məktəblər qapalıdır, imtahanlar yoxdur, onlayn və tele-dərslər davam edir.
Təhsil işçiləri bu müddətdə qəhrəmanlıq göstərirlər. Bəzi valideynlər evdən işləyirlər, müəllimlər də onlayn dərs keçmənin müxtəlif üsullarını fikirləşib, həyata keçirirlər. Əlbəttə ki, karantin dövrü bitəcək. Bəs bu müddət bitdikdən sonra məktəblər fəaliyyətə başladıqda nə kimi problemlər yaşanacaq?
Evdə keçirdikləri bir neçə aydan sonra şagirdlər müəllimlərinin üz-üzə dəstəyini itirmiş olacaqlar. Azyaşlı uşaqların çoxunda depressiya əlamətləri görüəcək. Covid-19 pandemiyası dövründə evdə valideynlər arasında mübahisələrin artdığı bəllidir. Bu isə xüsusən azyaşlı uşaqlarda stress və depressiyaya səbəb olur.
Bir çox uşaq məktəblərin onlara qazandırdıqları vərdişləri itirmiş olacaq. Məsələn, qaydalı davranmaq, dinləmək vərdişi, kollektivlə münasibət və s. Bu müddətdə uşaqların əksəriyyəti susdurulmaq üçün telefonlarla daha çox təmasda olurlar. Karantindən sonra şagirdlərin özlərini yaxşı hiss etməsi və diqqətini cəmləməsi müəllimlərin qayğısından asılıdır.
Müəllimlər COVİD-19-un qəhrəmanları sırasında yer alırlar.
Uzaqdan təhsili təşkil etmək, onlayn bağlantıların daha effektiv üsullarını araşdırmaq, valideyn və şagirdlərin yaxşı olduqlarından əmin olmaq üçün əlaqə yaratmaq və s. müəllimlərin üzərinə düşən böyük məsuliyyətlərdir. Valideynlər bütün bu səbəblər üçün müəllimləri təqdir etməlidir.
1-2 uşaqla bütün günü müxtəlif problemlərlə qarşılaşaraq evdə vaxt keçirən valideynlər 25-30 şagirdlə eyni sinifdə 5-6 saat təmasda olan müəllimləri anlamalıdırlar.
Pandemiya dövründə evdən öyrənmək üçün internet imkanı olmalıdır. Bir çox ölkədə şagirdlərin bu imkandan məhrum olduğu üzə çıxdı. Hətta Kanada da belə 30% şagird internetsizlikdə əziyyət çəkir. Maddi vəziyyət çətinləşdikcə evdə işsiz qalan valideyn soyuducunu doldurmaq və internet istifadə etmək arasında seçim etməli olur.
Onlayn öyrənmə müəllimlərin yerini əsla doldurmur. Ümid edirik, dünya dövlətləri və ölkəmiz pandemiyadan yaxa qurtaracaq və normal həyat şəraitinə qovuşacağıq.