Azedu.az

“Məktəb psixoloqundan tövsiyələr” layihəsi çərçivəsində növbəti videoçarx özünəinam mövzusundadır

Məktəblər

Maraqlı

28 Aprel 2020, 12:48
“Məktəb psixoloqundan tövsiyələr” layihəsi çərçivəsində növbəti videoçarx özünəinam mövzusundadır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.

 

 AzEdu.az  xəbər verir ki, layihə çərçivəsində hazırlanmış 3-cü videoçarxda Bakı şəhəri 83 nömrəli məktəb-liseyin psixoloqu Aynur Məmmədova “Özünə hörmət, özünə inam və özünü adekvat qiymətləndirmə” mövzusunda tövsiyələrini təqdim edir.

 

Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

 

Videoçarxla layihənin “YouTube” kanalında tanış olmaq mümkündür.

 

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 “Qaynar xətt” xidməti də fəaliyyət göstərir. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox