Azedu.az

Cari təhsil ilində canlı dərslər böyük ehtimalla olmayacaq -PROQNOZ

Məktəblər

Universitetlər

28 Aprel 2020, 13:00
Cari təhsil ilində canlı dərslər böyük ehtimalla olmayacaq -PROQNOZ

 

“Karantindən çıxışın yumşalma mərhələlərini hesablayanda ən sona təhsil qalır”.

 

 AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi şəxsi facebook səhifəsində yazıb.

 

O, təhsil müəssisələrinin nə zaman açılması ilə bağlı fikirlərə aydınlıq gətirib.

 

“Cari tədris ilində canlı dərslər böyük ehtimalla olmayacaq. Dərslər yalnız onlayn qaydada həyata keçirilərək tədris ili başa vurulacaq. Keçirilməyən mövzularla bağlı ümumi araşdırmalardan sonra ola bilsin ki, qərara alınacaq ki, 2020/2021-ci tədris ilinin ilk ayı (1 sentyabr dərslərin başlanma tarixi ola bilər və bu mənim ehtimalımdır) sırf həmin mövzular tədris olunsun.

 

Buraxılış və qəbul imtahanları iyun və iyul aylarında həyata keçirilə bilər. Qısası imtahanlar keçiriləcək.

 

Xüsusi qeydlər:

* Yay aylarında tədris olmayacaq!

* Dərslər 15 avqustda başlanacaq fikri yanlışdır.

* Cari tədris ili dayanacaq fikri yanlışdır.

* 2019/2020 tədris ilinin II yarımilliyi 2020/2021 tədris ilinə daşınacaq fikri yanlışdır”.

 

Elçin Əfəndi təhsil müəssisələrinin yaxın zamanda açılmayacağını güman edir.

 

 “İstərəm ki, bu fikirlərim yanlış olsun. Bu "bəla" tez bitsin. Amma mənim işim araşdırmaq, analiz etmək və nəticə çıxarmaqdır. Karantindən çıxışın yumşalma mərhələlərini hesablayanda ən sona təhsil qalır. Bu da mayın sonuna təsadüf edir. Ondan sonraya da 2 həftə vaxt qalır. Qalan zaman ərzində heç bir valideyn övladını təhsil ardınca göndərməyəcək. Beləliklə də, tədris  ili başa çatacaq”.

 

 Qeyd edək ki, hazırda tədris 4 may tarixinədək dayandırılıb.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox