“Bu həftədən etibarən fərdi tədris və repititorluqla məşğul olmağa icazə verilib. Bu məşğələlərin təşkili zamanı insanların sağlamlığını nəzərə almalıyıq”.
AzEdu.az xəbər verir ki, , bunu Nazirlər Kabienti yanında Operartiv Qərargahın mətbuat konfrasında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, fərdi məşğələ zamanı sosial məsafə, gigiyenik qaydalara riayət edilməlidir:
“Bununla bağlı xüsusi qaydalar hazırlanır. Yəqin ki, bu gün-sabah bu barədə ictimaiyyətə açıqlama veriləcək”.