Azedu.az

Azərbaycanlı məktəbli şahmat üzrə Qran-Pri turnirinin qalibi oldu

Məktəblər

Maraqlı

27 Aprel 2020, 09:15
Azərbaycanlı məktəbli şahmat üzrə Qran-Pri turnirinin qalibi oldu

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən onlayn Qran-Pri turniri başa çatıb.

 

AzEdu.az xəbər verir ki, turnirdə ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. Ötən il on dörd yaşlı oğlanlar arasında dünya çempionatının, on altı yaşadək şahmatçılar arasında olimpiadanın və bu il keçirilmiş “Aeroflot Open” beynəlxalq turnirinin qalibi olmuş A.Süleymanlı onlayn Qran-Pri turnirində birinci yeri tutub. Elmar Atakişiyev ikinci, Atilla Eynullayev üçüncü pillədə qərarlaşıblar.

 

“www.chess.com” internet portalı üzərindən keçirilən və yeddi mərhələdən ibarət olan turnirdə ümumilikdə 330 şahmatçı mübarizə aparıb.

 

Yarış karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədi daşıyır.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox