Azedu.az

Məktəblilər "Sevimli nəğmələr” müsabiqəsinə mayın 2-dək müraciət edə bilərlər  

Məktəblər

24 Aprel 2020, 17:24
Məktəblilər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsi mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq onlayn şəkildə davam etdirilir.

Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsində iştirak etmək istəyən BŞTİ-nin tabeliyindəki məktəblərin I-VIII sinif şagirdləri yalnız ev şəraitində Azərbaycan bəstəkarlarının uşaq mahnılarından birini ifa edə bilərlər. İştirakçılar telefon və ya evdə olan digər vasitələrlə səs yazısını qeydə alaraq, mayın 2-dək [email protected]  elektron poçt ünvanına və ya (+994 55) 750-15-63 "WhatsApp" nömrəsinə göndərə bilərlər. İştirakçılar səs yazısı ilə yanaşı, adı, soyadı, atasının adı, məktəb, sinif və ifa etdiyi mahnının adı haqqında məlumatları da müvafiq elektron poçt ünvanına və ya "WhatsApp" nömrəyə göndərməlidirlər.

“Sevimli nəğmələr” müsabiqəsi yalnız solo ifa kateqoriyası üzrə onlayn təşkil olunur. Xor kollektivi kateqoriyası üzrə müsabiqə isə təhsil müəssisələrində tədris prosesi bərpa olunduqdan sonra keçiriləcəkdir.

İştirakçılara ifaçıların repertuarında daha az rast gəlinən Azərbaycan uşaq mahnılarına müraciət etmələri tövsiyə olunur.

“Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin nəticələrinə əsasən solo ifa kateqoriyası üzrə 3 şagird (1 şagird-I yer, 1 şagird-II yer, 1 şagird-III yer) BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox