Azedu.az

27 apreldən fərdi tədris və repetitor xidmətlərinin fəaliyyəti bərpa olunacaq - RƏSMİ

Məktəblər

Universitetlər

24 Aprel 2020, 16:17
27 apreldən fərdi tədris və repetitor xidmətlərinin fəaliyyəti bərpa olunacaq - RƏSMİ

2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli, 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a  daxil olan məlumatda bildirilir.

 

Beləliklə, ölkə üzrə 2020-ci il 27 aprel saat 00:00-dan etibarən:

 

Fərdi tədris və repetitor xidmətlərinə  (qrup halında məşğələlər istisna olmaqla) qoyulan qadağalar aradan qaldırılır. Həmçinin,   kitab, qəzet və  dəftərxana mallarının satışına icazə verilib.

 

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox