Azedu.az

“Virtual bələdçi” xidməti istifadəyə verilib 

Məktəblər

Elm və Təhsil Nazirliyi

23 Aprel 2020, 15:48
“Virtual bələdçi” xidməti istifadəyə verilib 

Virtual məktəb” portalından daha rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə “Virtual bələdçi” xidməti istifadəyə verilib.

 

  AzEdu.az  xəbər verir ki, xidmətdən faydalanmaq üçün istifadəçilər portalda (www.virtual.edu.az) “Sualınız var?” bölməsinə keçid edib onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər.

 

Bununla yanaşı, portaldan istifadə üzrə 2 növ texniki dəstək xidməti göstərilir. Vətəndaşlar müraciətlərində tələb olunan məlumatları (çətinlik haqqında qısa təsvir, şagirdin FİN kodu, şagirdin ad, soyadı və ata adı, sinif, məktəb, doğum tarixi, əlaqə nömrəsi) qeyd etməklə [email protected] elektron ünvanına və yaxud Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin "Facebook" səhifəsində məktub bölməsinə göndərə bilərlər.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox