“Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”. (Sokrat)
Məlum səbəbdən məktəblərdə tədris təxirə salınsa da, operativ müəllimlərimiz buna da çarə tapıblar.
Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən müəllimlərimiz maraqlı işləri ilə seçilib.
Az.Edu.az xəbər verir ki, onlar şagirdlərin dərsə daha da maraqlı olmaları, öyrənməkdən uzaq düşməmələri üçün “Hər yer məktəb” çağırışı ediblər. Müəllimlər virtual dərsləri yaşadıqları evin həyətində, eyvanında və digər yerlərdə keçərək fərqli ab-hava yaradıblar.
Yaşıl rəngin gücünə, təbiətə inanan müəllimlər bu enerjini şagirdlərinə yansıtmağa çalışıblar.
Lənkəran rayon Türkəncil kənd ümumi orta məktəbin coğrafiya müəllimi Faiq Şıxəlizadə
Şəmkir rayonu Düyərli kənd tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Alızadə
Ucar rayonu Yuxarı Çiyni kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi Səidə Quliyeva
Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi İradə İmanbəyli
Bakı şəhər 113 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Hacalıyeva
Cəlilabad rayon Alar kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimləri Elçin və Ülkər Abbasovlar
Kəlbəcər rayon 100 nömrəli tam orta məktəbin fizika müəllimi Elçin Nurməmmədov
Ucar rayon Təzə Şilyan kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur İbrahimova
Bakı şəhər 312 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şövqi Cəbiyev
Astara şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Babək Rzazadə
Şabran şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəfa Babayeva
Kəlbəcər rayon 91 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rauf Nurməmmədov