Azedu.az

Sumqayıt məktəbindən örnək addım – İmkansız ailələrə yardım paylandı

22 Aprel 2020, 21:31
Sumqayıt məktəbindən örnək addım – İmkansız ailələrə yardım paylandı

 

 Son aylarda demək olar ki, hər dəqiqə KİV-lərdə dünyanı cənginə almış koronovirus pandemiyasının fəsadları barədə acı xəbərlər yayılmaqdadır.

 

Nə yaxşı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin vaxtında verdiyi qərarlar sayəsində ölkəmizdə bu qorxunc virusun geniş yayılmasının qarşısı əhəmiyyətli dərəcədə alınıb.

 

 Pandemiyadan mümkün qədər az itikilərlə yaxa qurtarmaq üçün ölkədə karantin vəziyyəti elan edilmiş və insanların bir-biriylə mümkün qədər az təmasda olması məqsədiylə ciddi qadağanedici tədbirlər həyata keçirilib.

 

 Sevindirici haldır ki, belə çətin günlərdə xalqımızın həmrəylik və xeyirxahlıq kimi xüsusiyyətləri bir daha özünü göstərdi. Belə ki, ölkənin hər yerində imkansızlara əl tutmaq, karantin müddətində işsiz qalmış insanların ailələrinə yardım etmək kimi güclü bir hərəkat başladı.

 

Dövlət səviyyəsində edilən yardımlarla bərabər, sadə vətəndaşların xeyriyyəçilik aksiyalarına qoşulması, hər kəsin bacardığı qədər imkansız həmvətənlərimizə maddi və mənəvi dəstək verməsi əlbəttə ki, sevindirici haldır.

 

Karantin vəziyyətinin elan olunduğu ilk günlərdən Sumqayıt şəhər Təhsil Şöbəsi də bu aksiyanın fəal iştirakçısına çevrilib.

 

 2020-ci il aprelin 21-də Sumqayıt şəhər Nəsrəddin Tusi adına 12 saylı tam orta məktəbin müəllim kollektivi valideyinlərlə birlikdə növbəti xeyirxah təşəbbüsə imza atdılar. Məktəbin direktor müavini Qasımova Arzu, müəllimlərdən Şükürova Gülnar, Həsənova Lamiyə, Novruzova Zülfiyyə, Mirzəyeva Ofeliya, Mürsəlova Xatirə, Nəsirova Sevda, Məmmədova Məleykə, həmçinin məktəbin 2B, 3C, 5A, 5B, 6A, 6B, 7A və 11A sinif şagirdləri valideynlərinin iştirakı ilə 20-yə qədər imkansız, əlil ailələrinə yardım edildi.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox