Koronavirus pandemiyası bütün dünyada öz təsirini göstərdi, o cümlədən də Azərbaycandan day an keçmədi. “Nazirlər Kabineti yanında “Operativ Qərərgah” ölkədə bir sıra məhdudiyyətlər tətbiq etdi. Həmçinin təhsilin bütün sahələri dayandırıldı. Tədris ilk dəfə olaraq “online” formata keçdi. Maraqlıdır, “online” təhsil praktikası nə qədər özünü doğrulda bilir? Müsahibimiz “Zəfər” kurslarının Bakıxanov filalının müdiri Sevinc Purkeştasibdir.
- Koronavirus pandemiyası ölkədə təhsil sistemində də durğunluğ yaratdı. Bundan sonra ənənəvi təhsili distant təhsillə əvəz olundu. Biz buna hazır idikmi?
- Həyatımıza müdaxilə edən koronavirus pandmiyası bir çox şeyi dəyişdi, amma virus həyatımızı məhv edə bilməz. Həyat davam etməlidir. Təhsili də biz yarımçıq qoya bilməzdik. Hər bir şagirdin hüququdur ki, məktəbi bitirdikdən sonra imtahandan keçsin və müvafiq bilikləri varsa təhsilini növbəti pillədə davam etdirsin. Bunları nəzərə alıb oturub nəyisə gözləmək yox, alternativ variantlar axtarmaq qərarına gəldik. Bunun üçündə ən doğru çıxış yolunu ənənəvi təhsili distant təhsillə əvəz etməkdə gördük.
- Buna hansı dərəcədə hazır idikmi?
- Təbii ki, ilk başlarda bir az çətinliklərimiz oldu. Həm şagirdlər, həm də biz müəllimlər üçün bu bir ilk idi. Amma bütün maneələrə baxmayaraq, biz bu işin öhtəsindən zənn edirəm ki, pis gəlmədik.
- “Online” dərslər davam etsə də mənzərə odur ki, valideynlər narazıdırlar. Necə düşünürsünüz , bu narazılıq birdən-birə dərs metodunun dəyişməsindəndi, yoxsa həqiqətən peşəkarsızlıq mövcuddur?
- İlk başdan distant təhsilə başlamaq bizim üçün də çətin idi, indiyə qədər tanış olmadığımız, maraqlanmadığımız bir sahə idi. Amma qısa müddətdə müəllimlərimiz və biz bu işin öhtəsindən gəldik, günü-gündən bunu daha da təkmilləşdiririk. O ki, qaldı valideynlərin narazılığına, düzdür, ilk başdan çox valideyn bunu qavramırdı və çətin gəlirdi. Amma zaman keçdikcə onlar artıq şahid oldular ki, distant təhsil heç də adi təhsildən fərqlənmir, əksinə şagirdlər daha çox yeniliklərlə üzləşirlər. Əlbəttə, bunu hamıya şamil etmək olmaz, narazı olanlar yenə var, amma artıq çox azlıq təşkil edir. Peşəkarsızlığa gəldikdə isə heçnəyi biz anidən qazanmırıq hər şey zamanla öyrənilir, tətbiq edilir.
- Karantin bitdi, virus təhlükəsi sovuşdu. Bu praktikanı davam etdirmək olarmı?
- Mənə elə gəlir ki, olar. Mə hələ illər öncə distant təhsil haqqında maraqlandım. Və bu təhsil formasının üstünlükləri məni düşündürürdü. Distant təhsil dünya praktikasında geniş istifadə olunan təhsil formasıdır. İstər maddi cəhətdən, istərsə də təhsil cəhətdən bu təhsil formasının üstünlükləri danılmazdır. Niyə bizdə də olmasın? Məncə istək və şərtlər altında bu praktikanı davam etdirmək olar.
- Artıq qəbul imtahanlarına çox az müddət qalib. Qəbul sayında geriləmə olacaqmı və imtahanların hansı formada keçiriləcəyi haqqında bir fikriniz varmı?
- Qəbul sayının azalması məncə olacaq. Sual çıxar niyə? Azərbaycnda valideyinlər arasında belə bir fikir formalaşıb. Qonşudan geri qalma prinsipi. Övladının istedadı oldu, olmadı valideyinin onun mütləq ali təhsil almasənı istəyi. Bəlkə də onun övladı başqa peşədə uğur qazana bilər. Kobud şəkildə desək, möcburi oxudulan şagirdlərin əlinə bir şans düşdü. Bu baxımdan azalma ola bilər. O ki, qaldı qəbulun hansı formada keçiriləcəyinə, DİM-sədri Məleykə Abbaszadə bu gün bu cür suallara cavab vermək üçün canlı bağlantı qurmuşdu. İmtahanlar çox gümanki ənənəvi qayda ilə keçiriləcəyi nəzərdə tutlur. Əlbəttəki mövcud durum buna imkan versə. Əks halda qəbul imtahanları “online” keçeirilməsin haqqında düşünülür, amma bu hələ qəti qərar deyil. Bunu bizi qarşıda gözləyən vəziyyət və zaman göstərəcək.
- Siz bütün bu hadisələrdən sonra hansı planlar qurmusunuz, yeniliklər olacaqmı?
- Planlarımızı artıq həyata keçirməyə başlamışıq. Növbəti 2020-2021- ci tədris ili üçün qeydiyyatı “online” şəkildə başlamışıq. Mövcud durumu nəzərə alıb, hərkəsin diqqətini çəkə biləcək yeni kampaniyaya başlamışıq. Düşünürəm ki, bu bütün valideynləri qane edəcək, artıq müraciətlər də var.
- Şagirdlərə tövsiyəniz varmı?
- Şagirdlərə tövsiyəm ancaq dərslərinə məsuliyyətlə yanaşmaq, daha çox çalışmaqdır. Vaxta çox az qalıb, çalışıb vaxtdan səmərəli istifadə etsinlər. Hər bir abituriyentimizə uğurlar arzu edirəm!
Söhbətləşdi: Ruzbeh Məmməd