Azedu.az

“Virtual məktəb” layihəsi nələr vəd edir?

22 Aprel 2020, 12:17
“Virtual məktəb” layihəsi nələr vəd edir?

Qlobal miqyas alan koronavirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatı kimi, təhsilə də təsirsiz ötüşməyib.

 

 AzEdu.az xəbər verir ki, təhsillə bağlı istənilən yenilik və dəyişiklik geniş ictimaiyyətin böyük diqqət və maraq dairəsində olduğundan bu istiqamətdə müxtəlif subyektiv mülahizələr, rəy və təkliflər irəli sürülür, cəmiyyət bu kimi hallara biganə qalmadığını ortaya qoyur.

 

Məlumdur ki, “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov sözügedən mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, təhsil sahəsində baş verən boşluğu aradan qaldırmaq üçün müxtəlif istiqamətdə tədbirlər görülüb: “Bu gün başlıca vəzifə müəllimlər, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən, məktəb-valideyn-şagird əlaqələrini imkan daxilində onlayn müstəvisinə keçirməkdən, video, qrafika, səs və digər multimedia vasitələrinə, elektron resurslara, teledərslərə, “vizuallaşdırılmış dərs” formalarına, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara, “Facebook”, “WhatsApp”, “Skype”, adi telefon bağlantısı və digər bu kimi ehtiyat mexanizmlərinə, mövcud olan bu kimi digər resurslara istinad etməklə, müvəqqəti fasilədən yaranan boşluqlarla əlaqədar passivliyi aradan qaldırmaq, mümkün olan bütün metod və formalardan istifadə etməklə təhsilalanların aktivliyinin qorunub saxlanılmasına nail olmaqdır”.

 

Həmsöhbətimiz onu da əlavə etdi ki, “Təhsil Nazirliyi ilə “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək onlayn dərslərin təqdimatı bu istiqamətdə atılan yeni addım olacaq. “Virtual məktəb” layihəsi üzrə müəllimlər tərəfindən həftəiçi teledərslərin bir üstünlüyü də ondan ibarətdir ki, hər bir şagird öz yaşına uyğun sinifə təyin olunmaqla yanaşı, tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirərkən, eyni zamanda, öz yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq imkan əldə edə biləcəklər. Bu isə onlarda, sanki canlı dərs prosesinin yaratdığı psixoloji durum formalaşdıracaq. Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil, fəaliyyəti düzgün təşkil etmək, əlaqələndirmək və səmərəli tənzimləmək deməkdir.”

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox