Koronavirus epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində bəzi məhdudiyyətlər tətbiq edən Niderland hökuməti mayın 11-dən etibarən ibtidai məktəblərin açılmasına icazə verib.
AzEdu.az xarici mətbuata istinadın xəbər verir ki, Niderlandın Baş naziri Mark Rütte bununla bağlı keçirdiyi mətbuat konfransında təhsilin bir gün bir qrup, ertəsi gün başqa qrup tərəfindən növbəli şəkildə davam edəcəyini deyib.
Uşaq bağçalarında və özəl təhsil müəssisələrində dərslər mayın 11-də, orta məktəblərdə isə iyunun 1-də başlayacaq.
Yaşı 18-dən aşağı olanlar 1,5 metrlik sosial məsafəni qorumaq şərtilə aprelin 28-dən etibarən açıq meydançalarda idmanla məşğul ola bilərlər.
Kütləvi tədbirlərlə bağlı məhdudiyyətlər isə avqustun 1-dək davam edəcək.
Baş nazir məhdudiyyətlərin tam qaldırılmasının təhlükəli ola biləcəyini deyib.