“İmtahanlar zamanı bir stolun arxasında bir şagird otura bilər”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə DİM-in fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, onlar arasında məsafə 1,5 metr təşkil edəcək:
“İmtahanlar planlaşdırılan zaman bu normativlər nəzərə alınacaq. İmtahanda binaların dezinfeksiya olunması da diqqətimizdədir”